Danimarkada futbol mövsümü bərpa olunur

Koronavirus pandemiyasına görə dayandırılan Danimarka çempionatı bərpa ediləcək. Allsport.az xəbər verir ki, federasiya liqaların mayın 28-dən davam etdiriləcəyini bəyan edib.

Danimarkada mövsümün sonuna 2 tur qalıb və bundan əlavə, 1 təxirə salınmış qarşılaşma var. Federasiya iyunun 7-dək mövsümü tamamlamağı planlaşdırıb.

Super liqada 24 turdan sonra 62 xalı olan “Mitdyullann” 1-cidir. “Kopenhagen” 50 xalla 2-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan