“Danışılacaq çox şey yoxdur”

“Qarabağ” premyer liqanın 12-ci turunda səfərdə “Qəbələ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, qonaq baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bunu deyib:

“Danışılacaq çox şey yoxdur. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən. Amma fikirləşirəm ki, yenə 1 xal qazandıq.

Ümumən futbolçular pis oynamadı, hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan