Dario Frederiko: 4:0 çox xoşagələn hesabdır

“Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko “Səbail” üzərində qələbənin sevincini bölüşüb. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu növbəti görüşlərdə daha yaxşı olub, çempionluq uğrunda mübarizəni sonadək davam etdirmək istədiklərini deyib:

“4:0 çox xoşagələn hesabdır. Bu gün daha güclü idik və bu, nəticədə də öz əksini tapdı. Komandanın qələbə qazanmasının daha önəmli olmasına baxmayaraq, bu gün çox istəyirdim ki, qol vurum.

Sevinirəm ki, iki dəfə buna nail oldum. Növbəti qarşılaşmalarda da yaxşı oyun göstərib, ən yüksək yer uğrunda mübarizə aparmaq istəyirik”.

Həmin kateqoriyadan