Dario Frederiko: “Bney Yəhuda” daha qapansa, fərdi keyfiyyətlərimə üstünlük verəcəyəm

Sabah “Neftçi” Avropa liqasının 3-cü ələməsində İsraildə “Bney Yəhuda” ilə cavab oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı komandamızın braziliyalı yarımmüdafiəçisi Dario Frederiko bunu söyləyib:

“Həftəboyu yaxşı hazırlaşmışıq. Artıq rəqibimizi də yaxşı tanıyırıq. Çünki bir həftə əvvəl qarşılaşmışıq. Həm də “Bney Yəhuda”nı analiz etmişik. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, Azərbaycana istədiyimiz nəticə ilə qayıtmağa çalışacağıq.

Əsas üstünlüklərimdən biri driblinqdir. Hər dəfə çalışıram bir neçə rəqib futbolçunu geridə qoyub, komandamızın hücumunu daha da asanlaşdırım. Əgər sabah rəqib daha da qapalı oynasa, fərdi keyfiyyətlərimə üstünlük verməyə çalışacam”.



Həmin kateqoriyadan