- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 230
- Noyabr 09, 2026
- 0

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” və “Qəbələ” yoxlama oyununda üz-üzə gəlib. Allsport.az xəbər verir ki, “Əlincə Arena” stadionunda keçirilən matç paytaxt klubunun qələbəsiylə başa çatıb – 2:0.
“Sabah” bundan əvvəl Qəbələdə təlim-məşq toplanışı zamanı “Qarabağ”ı (2:1), “Sumqayıt”ı (1:0), “Neftçi”ni (5:2) məğlub edib. “Qəbələ” isə “Zirə” ilə heç-heçə (0:0) edib, “Səbail”ə uduzub (1:2), “Sumqayıt”a qalib (2:1) gəlib.
Bu qarşılaşmanı millimizin baş məşqçisi Canni De Byazi də izləyib.