Deviç karyerasını bitirməyini şərh etdi

“Sabah”dan ayrılan Marko Deviç karyerasını bitirməsindən danışıb. Allsport.az xəbər verir ki, 36 yaşlı hücumçu sosial hesabında bunları qeyd edib:

“Ən sevdiyim işi görmək şansım olduğu üçün xoşbəxtəm və qürur duyuram. Ailəmə, valideynlərimə,  bütün dostlarıma bu müddət ərzində mənə olan sevgi və dəstəklərinə görə təşəkkür edirəm. Rəhbərlərə, məşqçilərə, komanda yoldaşlarıma və Ukrayna millisinə və mənlə əməkdaşlıq edən hər kəsə təşşəkürümü bilmək istəyirəm. Hər son yeni bir başlanğıcdır”.

Serbiya əsilli futbolçu karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb.

Həmin kateqoriyadan