- Baxış sayı: 33
- 09 Avqust 2026 13:24
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

“Bavariya” “Liverpul”un futbolçusu Luis Diası transfer edib.
Allsport.az xəbər verir ki, kolumbiyalı hücumçu Münhen təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
“Bavariya” 28 yaşlı oyunçu üçün qarşı tərəfə 75 milyon avro ödəyib.
Dias 2022-ci ildən “Liverpul”da idi. O, ötən mövsüm 50 oyunda 17 qol və 8 məhsuldar ötürmə müəllifi olub.