Diaz, Ronaldunun oyununu bəyənmir

Allsport.az xəbər verir ki, “Əl Hilal”ın keçmiş baş məşqçisi Emiliano Diaz, Lionel Messinin, Kriştianu Ronaldudan daha yaxşı olduğuna inanır.

“Ronaldo üçün “Əl Nəsr”ə uyğunlaşmaq çətin idi. Biz ona qarşı oynadıq və əla vaxt keçirdik (“Əl Hilal” 2:0 hesabı ilə qalib gəlib).

Messi, böyük klublara qarşı matçlarda heç vaxt fərq qoymayıb. Ancaq Ronaldu, Kral kuboku, Superkuboku və çempionluğu itirib.

Ronaldu, Messi ilə müqayisə belə oluna bilməz. Biz Kriştianuya qarşı 3 ay əvvəl oynamışdıq və ondan əvvəl mən Leonun dünya çempionatında oyununu izləmişdim. Argentinalı ondan çox öndədir ”– Diaz bildirib.

Ronaldu “Əl Nəsr”də 19 oyunda, 14 qol vurub.

Həmin kateqoriyadan