Dieqo Simeone: “Qarabağ”ın bizi çempionlar liqasından uzaqlaşdırmağını xatırlayırsınız?”

Çempionlar liqasının 1/8 final mərhələsində “Liverpul”a səfərdə qalib gələrək (3:2) 1/4 finala adlayan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama veirb. Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis öncəki mövsümlərdə “Qarabağ”la heç-heçə etdikləri oyunları yada salıb:

“Çox xoşbəxtik. Möhtəşəm komandanı mübarizədən kanarlaşdırdıq və 1/4 finala yüksəldik. Ötən günlərdə “Sevilya” ilə oyunda qapıya 17 zərbə vurduq, amma nəticə qazanmadıq. Bu, futboldur. Ötən mövsümlərdə “Qarabağ” bizi çempionlar liqasından uzaqlaşdırdı. Bunu xatırlayırsınız? Futbolda belə hallar olur. Əsas məsələ rəqibin qüsurlarından düzgün faydalanmaqdır. Bu, bizim həssas yerimizdir”.

Həmin kateqoriyadan