- Baxış sayı: 36
- 09 Noyabr 2026 21:18
- Baxış sayı: 151
- Noyabr 09, 2026
- 0

“Neftçi” daha bir transferini rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, haitili Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi 77 nömrəli futbol geyimində çıxış edəcək.
Sonuncu klubu “Qarabağ” (2017-2019) olan futbolçu ölkəsinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında yer alıb.
Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Donald millidə 44 oyun keçirib, 11 qol vurub.