- Baxış sayı: 34
- 19 Fevral 2026 03:18
- Baxış sayı: 388
- Fevral 16, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin 7-ci turunda keçirilən PSJ – “Mançester Siti” (4:2) oyunundan sonra meydan sahibi komandanın qapıçısı Canluici Donnarumma açıqlama verib.
Allsport.az xəbər verir ki, italiyalı futbolçu gələcəyi ilə bağlı sualı cavablandırıb:
“Gələcəyim? Çoxlu şayiələrin olduğunu bilirəm. Həqiqət budur ki, özümü burada xoşbəxt hiss edirəm və klubda hər kəs məndən razıdır. PSJ ilə müqaviləmi yeniləmək istəyirəm”.
25 yaşlı Donnarumanın parislilərlə müqaviləsi 2026-cı ilin yayında başa çatır.