DTX və FHN finalda

Aprelin 30-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində yarımfinal oyunları keçirilib.

Allsport.az xəbər verir ki, Bakı tennis akademiyasında baş tutan ilk qarşılaşmada dövlət təhlükəsizliyi xidməti dövlət gömrük komitəsi komandasına 2:0 hesabı ilə qalib gəlib.

Fövqəladə hallar nazirliyi və SOCAR qarşılaşmasında isə daha gərgin idman mübarizəsi yaşanıb.

Oyunun əsas vaxtında qalib müəyyən olunmayıb – 0:0. Penaltilər seriyasında daha dəqiq olan (3:2) FHN komandası final oyununa vəsiqə qazandı.

Beləliklə, mayın 7-də keçiriləcək final oyununa Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyi komandaları vəsiqə qazandılar.

DGK və SOCAR komandaları isə 3-cü yer uğrunda qarşılaşacaqlar.

Həmin kateqoriyadan