- Baxış sayı: 30
- 24 İyun 2026 15:16
- Baxış sayı: 77
- İyun 23, 2026
- 0

“Düdelanj” qitə liqasının “A” qrupunun 2-ci turunda oyunda baş verən erməni təxribatına görə “Qarabağ”dan üzr istəyib. Allsport.az saytı xəbər verir ki, Lüksemburq təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə edib. Rəqib təxribatla əlaqələrinin olmadığını vurğulayıb: “Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.
Xatırladaq ki, dünən görüşün 31-ci dəqiqəsində, hesab 2:0 xeyrimizə olduqdan sonra, separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla meydanın mərkəzinə gətirilib. Belədə, stadionda ara qarışıb, 20-25 dəqiqə fasilə yaranıb. Hadisədən sonra arenada olan Lüksemburqun idman naziri də mikrofon vasitəsilə üzr istəyib.