Dünya Azərbaycanlılarını İran Pro liqasında «Malavan» və «Göstəriş» sevindirdi

İran Pro liqasında 11-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Güney Azərbaycanı təmsil edən klublar növbəti matçlarına çıxıblar.

Ənzəlinin «Malavan» komandası evdə «Fulad»ı minimal hesabla məyus edib – 1:0.

Təbrizin «Göstəriş» klubu da doğma divarlarda oynayıb. Xorasan «Padidəh»ini qonaq edən «göylər» rəqibini böyük hesabla yeniblər (4:1).

Bu iki Cənubi Azərbaycan komandasından fərqli, zədəli futbolçuların sayəsində xeyli zəifləyən «Traktorsazi» səfərdə «Səba»ya 1:2 uduzub. Təbriz təmsilçisi 14 xalal 10-cu yerdə qərarlaşıb.

«Göstəriş» qələbə sayəsində 17 xalla 5-ci, «Malavan» 16 xalla 8-cidir.

Həmin kateqoriyadan