- Baxış sayı: 31
- 15 Noyabr 2026 12:19
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycanın yeniyetmələrdən ibarət şahmat millisinin baş məşqçisi Nicat Məmmədov Avropa çempionatındakı çıxışı dəyərləndirib.
Allsport.az xəbər verir ki, mütəxəssis hava limanında jurnalistlərə açıqlamasında komandanın hazırlığından və şahmatçıların nəticələrindən danışıb:
“Avropa çempionatına çox ciddi hazırlaşmışdıq və nəticə özünü göstərdi. Xüsusilə Nərmin Abdinovanın 9 oyundan 9 qələbə qazanması fenomenal göstəricidir. O, turnir boyu rəqiblərinə heç bir şans vermədi. Tunar Davudov və Selin Məmmədova da son tura qədər əzmkarlıq nümayiş etdirərək ölkəmizə layiqli medallar qazandırdılar. Ümumilikdə 42 ölkə arasında ilk beşlikdə yer almağımız Azərbaycan şahmat məktəbinin gücünü bir daha sübut etdi. Qarşıda bizi dünya birinciliyi gözləyir və bu uğur uşaqlar üçün böyük motivasiya olacaq”.