“Gümüş medal da yüksək nəticədir”

“Gümüş medal da yüksək nəticədir”

Azərbaycanın taekvondo millisinin baş məşqçisi Elnur Amanov yeniyetmələrin IV yay olimpiya oyunlarındakı çıxışı dəyərləndirib.

Allsport.az xəbər verir ki, mütəxəssis bunu Dəkərdə keçirilən yarışdan qayıdan komandanın Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimində deyib:

“Yeniyetmələrin yay olimpiya oyunlarında sona qədər mübarizə apardıq. Adil Kərimli finala qədər gərgin mübarizə apardı. Finala qədər afrikalı idmançılar Adil üçün əsas rəqiblərdən sayılırdı. İordaniyalı idmançı ilə görüş həlledici oldu. Qızıl medalın bir addımlığında təşəbbüsü əldən verdi. Amma qazandığımız gümüş medal da yüksək nəticədir. Hesab edirəm ki, gələcəkdə daha yaxşı nailiyyətlər əldə edəcəyik”.

Həmin kateqoriyadan