Vətənə qayıdıblar

Vətənə qayıdıblar

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında medal qazanan Azərbaycan təmsilçiləri vətənə qayıdıblar.

Allsport.az xəbər verir ki, qitə birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuran şahmatçılarımız Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanıblar.

42 ölkənin iştirak etdiyi yarışda ümumi medal sıralamasında 3-5-ci yerləri bölüşən millimizin üzvlərini hava limanında Azərbaycan şahmat federasiyasının nümayəndələri, idmançıların valideynləri və media mənsubları qarşılayıblar.

Nərmin Abdinova 18 yaşadək qızların yarışında bütün görüşlərini qazanaraq Avropa çempionu olub. O, sonuncu – IX turda FİDE təmsilçisi Lizaveta Liaşkeviçə qalib gələrək 9 xalla maksimum nəticə göstərib.

18 yaşlı oğlanların mübarizəsində Tunar Davudov son turda polşalı Pavel Sovinskini məğlub edərək xallarının sayını 7-yə çatdırıb və gümüş medal qazanıb.

8 yaşlı qızların yarışında isə Selin Məmmədova türkiyəli Eliz Qaraxana qalib gələrək bürünc medala sahib çıxıb.

Həmin kateqoriyadan