“Seriyanı qırmaq istəmədim”

“Seriyanı qırmaq istəmədim”

18 yaşadək şahmatçılar arasında Avropa çempionu olan Nərmin Abdinova qitə birinciliyindəki çıxışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, şahmatçı təəssüratlarını bölüşüb:

“Çempionata qızıl medal hədəfi ilə yollanmışdım, amma 9 turdan 9 qələbə qazanmaq mənim üçün də böyük sevinc oldu. Turnir çox gərgin keçdi, xüsusilə həlledici turlarda güclü rəqiblərlə qarşılaşdım. Hələ son turdan əvvəl çempionluğu təmin etsəm də, sonuncu görüşə də qələbə əzmi ilə çıxdım və seriyanı qırmaq istəmədim. Bu uğurda üzərimdə əməyi olan məşqçilərimə və federasiyaya təşəkkür edirəm”.

Həmin kateqoriyadan