“Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək”

“Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək”

“Yeniyetmələrin yay olimpiya oyunları tarixində gümüş medal qazanan ilk azərbaycanlı xanım boksçu kimi vətənə qayıtmaq çox gözəl hissdir”.

Allsport.az xəbər verir ki, bu sözləri Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında gümüş medal qazanan xanım boksçumuz Gülər Hüseynova Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimində açıqlamasında deyib.

O qeyd edib ki, bu nəticə Azərbaycan boks idmanı tarixində yeni bir səhifədə yer alacaq:

“İnanıram ki, Dəkərdə əldə etdiyim bu mükafat gələcək uğurlarıma təkan verəcək. Arzu edirəm ki, belə bir parlaq nəticəni yaxın gələcəkdə böyüklərin yay olimpiya oyunlarında təkrarlayım”.

Həmin kateqoriyadan