- Baxış sayı: 49
- 15 Noyabr 2026 10:00
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Allsport.az xəbər verir ki, noyabrın 14-də təşkil olunan yarışda “Ocaq sport” klubunun Lənkəran, Şirvan, Masallı və Sabirabad bölmələrini təmsil edən gimnastlar mübarizə aparıblar.
2014-2020-ci il təvəllüdlü idmançıların iştirak etdiyi birincilikdə gimnastlar yaş qruplarına uyğun olaraq alətsiz, halqa, top və gürzlərlə proqramlarda çıxış ediblər.
Yarışın yekununda 2019-cu il təvəllüdlülər arasında Zeynəb Nəcəfli birinci, Nilay Zeynallı ikinci, Nilay Əliyeva isə üçüncü yeri tutub. 2020-ci il təvəllüdlü gimnastların mübarizəsində Aynişan Fərzəliyeva qızıl, Dəniz Məmmədova gümüş, Ayla Ələkbərova isə bürünc medal qazanıb.
Birinciliyin sonunda fərqlənən gimnastlar diplom və medallarla təltif olunublar.
Regionlarda bədii gimnastikaya marağın artırılması və bu idman növünün daha geniş yayılması baxımından belə yarışların keçirilməsi xüsusi əhəmiyyət daşıyır.