“Dünyanın ən yaxşı yarımmüdafiəçisidir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Rodrini öz rolunda dünyanın ən yaxşı oyunçusu hesab edir.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə açıqlama verib:

“Mən deyərdim ki, yarımmüdafiəçilər hücumçular kimi dəyər görmür. Müdafiə oyunçuları özləri üçün deyil, komanda üçün oynayırlar, bütün gözəl məqamlar və diqqət çəkən anların hamısı hücum qrupunu üçün nəzərdə tutulur.

Amma Rodri həmişə vacib anlarda vacib işlər görmək qabiliyyətinə malikdir və o, tez-tez qol vurur. İnanılmaz oyunçudur, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisidir və böyük fərqlə, çünki o, meydanda hər şeyi edə bilər”ş

Həmin kateqoriyadan