“Düşünürdük ki, “Qarabağ” 3 gün əvvəlki oyuna görə yorğun olar”

Premyer liqanın 7-ci turunda “Zirə” öz meydanında “Qarabağ”la qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun açıqlaması belə olub:

“İlk növbədə rəşadətli ordumuzun uğurlarına görə, onları təbrik edirəm. Allah onları qorusun. Düşünürdük ki, rəqib 3 gün əvvəlki avrokubok oyununa görə yorğun olar. Amma Qurban Qurbanov bu baxımdan təcrübəlidir. 1-2 epizodda rəqibi yaxalasaq da, imkanlardan istifadə edə bilmədik.

Amma ikinci hissə rəqibin üstünlüyü şəraitində keçdi. Qurban müəllimin Romeroya, Patrikə istirahət verəcəyini, gənclərə üstünlük verəcəyini düşünürdüm. Həmlə etmək gücüm yox idi. Çünki heyətimizdə ciddi itkilər var idi”.

Həmin kateqoriyadan