“Düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb hücumçu almır”

Premyer liqanın 3-cü turunun “Qarabağ” – “Neftçi” (1:2) oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, matç barədə fikirlərini bildirib:

“İlk hissəni yaxşı keçirdik. Məşqçilərdən və rəhbərlikdən çox şey asılıdır. Futbolçularımızın yanında olmalıyıq. Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.

Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Bu gün Zubir və Romero olsaydı, belə problem çox görünməyəcəkdi. Mahirin də hazırkı durumu – psixoloji gərgin olması ikinci hücumçuya ehtiyac yaradırdı. Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq yenilik yoxdur”.

Həmin kateqoriyadan