Dviçayo Avropa oyunlarında debüt edib

Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən Avropa oyunlarında ilk görüşünə çıxıb.

Allsport.az xəbər verir ki, Edi kişi badmintonçuların şəxsi yarışında “G” qrupunun ilk turu çərçivəsində İspaniya təmsilçisi Luis Enrike Penalverlə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 3 set davam edib. İlk setdə rəqibini 21:16 hesabı ilə üstələyən badmintonçumuz ikinci seti 17:21 hesabı ilə geridə bitirib.

Həlledici üçüncü setdə top 70-də yer alan Luis Enrike ilə görüşdə dominantlıq edən Edi yekunda 21:14 hesablı qələbə qazanaraq qrup mərhələsində keçirdiyi ilk görüşündən qələbə ilə ayrılıb.

Avropa oyunlarının proqramına daxil olan badminton yarışları Avropa çempionatı statusu daşıyır.
Edinin qrup mərhələsində növbəti rəqibi Bolqarıstan təmsilçisi Dimitar Yanakiyev olacaq. Kişi badmintonçuların şəxsi yarışında qrup mərhələsində ikinci turun görüşləri sabah keçiriləcək.

Həmin kateqoriyadan