- Baxış sayı: 39
- 04 Avqust 2026 12:13
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0
İspaniya La Liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Qranada” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Deportivo” ilə qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb. Zədədən sonra bərpa prosesi keçən Eddinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Qranada” hazırda 15 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.