Edi Reski 1/4 finalda

Badmintonçumuz Edi Reski Dviçayo Uqandada “Uganda International 2020” turnirində 1/4 finala yüksəlib.

Allsport.az xəbər verir ki, badmintonçumuz 1/16 finalda portuqaliyalı Bernardu Atilanonu, 1/8 finalda isə çex rəqibi Milan Ludiki məğlub edib.

Edi 1/4 finalda hindistanlı Çıraq Senlə üz-üzə gələcək.

Turnirin mükafat fondu 10 min dollardır. Yarış fevralın 23-dək davam edəcək.

Həmin kateqoriyadan