“Ehtiyatsızlıqdan qol buraxdıq”

Bu gün “Şamaxı” premyer liqanın 28-ci turunda evdə “Qarabağ”a 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərov bunu dedi:

“Son oyunlar çətin keçəcək. Rəqibin kimliyindən asılı olmayaraq, sonadək mübarizə aparacağıq. Ehtiyatsızlıqdan qol buraxdıq.

Nəticə qazanmaq üçün çox işləməliyik. Sonuncu dövrədəyik. Bu donəmdə futbolçular yorulur. Onları yenidən kökləmək üçün müəyyən tədbirlər görəcəyik”.

Kamran HACI, Şamaxı

Həmin kateqoriyadan