Elçin Məsiyev 1/4 final mərhələsinin oyununu idarə edəcək

17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində təşkil olunan oyunlarda iştirak edən FIFA referisi Elçin Məsiyev daha bir vacib oyuna  təyinat alıb.

Allsport.az xəbər verir ki, E.Məsiyev bu gün AÇ-nın 1/4 final mərhələsində keçirilən Polşa – Serbiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər.

UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.

Həmin kateqoriyadan