- Baxış sayı: 24
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Azərbaycan premyer liqasında “Səbail” – “Kəpəz” matçının başlama vaxtı dəyişdirilib.
Allsport.az xəbər verir ki, buna Bakı klubunun ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yaranması səbəb olub.
“Səbail”in müraciəti əsasında “Kəpəz” məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.
Bundan əlavə, təşkilati məsələlər ilə bağlı XVI turun “Zirə” – “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.