Elmar Baxşıyev: “Bu komanda oynamağı bacarır”

Premyer liqanın 17-ci turunun “Səbail” – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Qış fasiləsindən sonra start nəticə baxımından yaxşı alınmır. Amma oyun planında komandadan razıyam. Heyətə yeni qoşulanlar var. Onların uyğunlaşması üçün müəyyən vaxt lazımdır ki, komanda daha baxımlı oynasın.

Hesabı açandan sonra 3 qol buraxmağımızı sırf müdafiəçilərlə bağlamazdım. Bütün komanda şəklində müdafiə olunmağı bacarmırıq. Bizim üçün önəmli fiqur olan İbrahima Niasse gedəndən sonra bir az çətinlik çəkirik. Bu komanda oynamağı bacarır və potensiala malikdir”.

Həmin kateqoriyadan