Elmar Baxşıyev: “Futbolçularıma inanıram”

Allsport.az xəvbər verir ki, “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan premyer liqasının 33-cü turunda “Qarabağ”la səfər oyunundan (0:3) sonra fikirlərini bölüşüb. 43 yaşlı mütəxəssis deyib:

“Bizi ağır səfər oyununun gözlədiyini bilirdik. “Qarabağ” çempionatımızın vahid lideridir. Komandanı layiqli müqavimət göstərməyə hazırlayırdıq. Bu matçdan da uğurlu nəticə ilə ayrılmağa çalışırdıq. “Qarabağ” cari çempionatda ən yaxşı oyunlarından birini keçirdi və layiqli qələbə qazandı. Rəqibi də nəzərə almaq lazımdır. Hücumlarımızın qarşısını “Qarabağ” alırdı. Öndə daha çox oynamaq istəyirdik. Lakin rəqibin təzyiqi bizi məcbur etdi ki, meydanın özümüzə aid hissəsində oynayaq. Qarşıda 3 matçımız var. Futbolçularıma inanıram. Onlar əzmkarlıq göstərib çempionatda da istədikləri yerdə olacaqlar”.

Həmin kateqoriyadan