Elmar Baxşıyev: “Komanda bunun öhdəsindən gəldi”

“Qəbələ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında son yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib.

Allsport.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmadan sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev fikirlərini klubun saytına açıqlayıb:

“Təlim-məşq toplanışı ümumilikdə planlaşdırdığımız kimi keçdi. Hər futbolçu fürsət qazanaraq oyun ritminə qoşuldu. Qarşıda bizi çempionatda marafon gözləyir. Günü-gündən komandanın daha keyfiyyətli olduğunu məşqlərdə hiss edirik. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”.

Həmin kateqoriyadan