Elmar Baxşıyev: “Komandamın oyunundan razı qaldım”

Allsport.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinalında “Səbail”ə qalib gəlmələrini şərh edib.

Əyalət təmsilçisi ilk matçda 3:2, bugünkü cavab görüşündə isə 1:0 hesabı ilə üstün tərəf olub.

Baxşıyev deyib: “Çətin olacağını bilirdik. Sıx qrafikdəyik. Təbii meydandan süniyə keçdiyimizə görə çətinlik yaşamağımız normaldır. Komandamın oyunundan razı qaldım. Çoxlu qol şanslarımız oldu. Sadəcə dəyərləndirə bilmədik. İlk oyundakı hesab da bizim rahat çıxış etməyimizə şərait yaradırdı. Futbolda belə hallar var”.

Həmin kateqoriyadan