Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”

Allsport.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal final mərhələsinin “Qəbələ” – “Səbail” ilk oyunundan (3:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. 43 yaşlı mütəxəssis bunları deyib:

“Oyunun ağır keçəcəyini təxmin edirdik. Yarımfinalda asan rəqib və matç olmur. Bunu bütün komanda dərk edirdi. İki fərqli hissə izlədik. İkinci yarıda intensivliyi artırdıq. Komanda istədiyimizi meydanda verdi və qələbə qazandı. Hücumlar qururduq və qapımızda ani qol gördük. Böyük qüvvə ilə irəli keçdik, standart vəziyyətdən daha bir top buraxdıq. Sevindirici odur ki, komanda ruhdan düşmədi, sonadək əzm göstərdi və qələbə əldə etdi. 0:2 hesabı ilə geridə olanda da oyundan qopmamışdıq. Toparlana bildik və layiqli qələbə qazandıq. Rafael Utziq bundan da yaxşı oynaya bilər. Potensiallı futbolçudur. Müqaviləsi yayda başa çatır. Hər yaxşı oyunçunun təkliflər alması normaldır. Biz də ona öz təklifimizi edəcəyik. Bu görüşdə məğlub olsaydıq da, şanslar 50-nin 50-yə olacaqdı. “Sumqayıt”la çempionatdakı matçı düşünüb, bu qarşılaşmadan sonra komandanı kubokun cavab matçına kökləyəcəyik”.

Həmin kateqoriyadan