Elmar Baxşıyev: “Müdafiə planında axsamalar var”

Premyer liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Neftçi” heyətinə görə çempionatın ən güclü kollektivlərindən biridir. Komandamdan razı qaldım. Sonadək mübarizə apardıq. Uduzmağımıza baxmayaraq əzmkarlıq məni qane etdi. Əvvəlki üç oyunda məğlub olmuşduq. Həmin matçlarda komanda şəklində zəif oynamışdıq.

Heyətdəki dəyişikliklərlə istədik ki, yeni nəfəs gətirək. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq. Bu matça qədər oyunlarımıza baxsanız, müsbət cəhətlər çoxdur. Sadəcə müdafiə planında axsamalar var”. 

Həmin kateqoriyadan