Elmar Baxşıyev: “Sabitliyi qoruya bilmirik”

Premyer liqanın 12-ci turunda keçirilmiş “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın çalışdırıcısı Elmar Baxşıyev fikirlərini bildirib. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Neftçi”yə qarşı fərdi hazırlaşmışdıq. İstəyirdik ki, rəqibi əks-hücumlarda rəqibi tutaq. Sadəcə, bunu həyata keçirə bilmədik. Komandalar arasında səviyyə fərqi çoxdur. Bizim cavan kollektivimiz var, stabilliyi qoruya bilmirik. Bir oyun yaxşı oynayırıqsa, növbəti matçda bunu davam etdirə bilmirik”.

Həmin kateqoriyadan