Elmar Baxşıyev: “Son nöqtəni qoya bilmədik”

Premyer liqanın 14-cü turun “Zirə” – “Qəbələ” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

“Fikirləşdiymiz oyun alındı. Bilirdik ki, rəqib əks-hücumlarda təhlükəlidir. Bu da sürətli futbolçularının olmağıyla bağlı idi. Ancaq bizim də planımız vardı ki, onu meydanda gördüm. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Bunu diqqətsizlik və ya konsetnarsiyanın az olmasıyla əlaqələndirirəm. Əlbəttə, vurmayana vurarlar. Bu qədər qol imkanlarını vurmayanda müdafiə xəttində əvəvl-axır boşluqlar olacaq”.

Həmin kateqoriyadan