Elmar Baxşıyev:”Hər 2 komanda layiqli mübarizə apardı”

Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının 31-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (2:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

43 yaşlı mütəxəssis belə deyib:

“Bizi çətin, ağır səfər oyununun gözlədiyini bilirdik. “Sumqayıt” yaxşı komandadır. Samir Abasov güclü kollektiv formalaşdırıb. Hər iki komanda layiqli mübarizə apardı. Bu qarşılaşmada uda da, uduza da bilərdik, Amma şanslı biz olduq. Yolumuza davam edirik. Futbolçularıma təşəkkürümü bildirdirəm. Xarakter nümayiş etdirdilər, öz iddialarından əl çəkmədiklərini göstərdilər. Matçı hissələrə bölməzdim. “Sumqayıt” çox yaxşı idi, üstümüzə gəlir, təzyiq göstərirdi. Onlar qarşılaşmanın bir bölümünü daha üstün idilər. Hesab 0:2 olandan sonra geridönüş etmək çox ağırdır. Sevinirəm ki, sağlam ruhlu futbolçularım əzmindən dönmür, xarakter göstərirlər. Ardıcıl iki görüşdəki geridönüşü fiziki durumla bağlamazdım. Bunu futbolçuların iradəsi ilə əlaqələndirirəm. Mövsümün bu hissəsinin bizim üçün sıx təqvim baxımından ağır keçəcəyini bilirdik

Amma tək biz yox, kubokda oynayanların hamısı eyni durumdadır. Heyətimiz genişdir və rotasiya mümkündür”. 

Həmin kateqoriyadan