Elşad Əhmədov: “Azlıqda qalsaq da, mübarizə apardıq”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqanın 18-ci turunda “Qarabağ”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçdan sonra bunu söyləyib:

“Qarabağ”la hər oyun maraqlı alınır. Bu gün də sürətli, maraqlı oyun izlədik. Futbolçularımız meydanda vuruşdular. Azlıqda qalsaq da, mübarizə apardıq.

Bu cür komanda ilə oyun uşaqlar üçün böyük stimuldur. Futbolçularımı yaxşı mübarizə apardıqlarına görə təbrik edirəm”.

Həmin kateqoriyadan