Elşad Əhmədov: Yorğunluqla bağlı bəzi oyunçulara istirahət vermişdik

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov 10-cu turda səfərdə “Qəbələ” ilə oyundan sonra mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, 48 yaşlı mütəxəssis 1:2 yenildikləri görüşü belə dəyərləndirib:

“Yaxşı oyun izlədik. Xüsusilə, ikinci hissə daha maraqlı oldu. Həm “Qəbələ”, həm də biz yaxşı oynadıq. Bu qarşılaşmada heyətdə bəzi dəyişikliklər etmişdik. Yorğunluqla bağlı bəzi oyunçulara istirahət vermişdik.

İlk hissədə rəqib daha yaxşı oynadı. Hesabı erkən açdılar. İlk hissənin sonlarında özümüzə gəldik. İkinci yarıda uşaqlar yaxşı oyun sərgilədilər. Fikrimcə, heç-heçə edə biləcəyimiz oyun idi. “Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan