Elvin “Çelik”də ilk oyununu keçirdi

Bosniya və Hersoqovinanın “Çelik” klubuna keçən Elvin Yunuszadə yeni komandasında ilk oyununa çıxıb.

Allsport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Boratsa”ya qarşı yoxlama görüşündə 45 dəqiqə meydanda olub, fasilədə isə əvəzlənib. Qraşılaşma “Çelik”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bosniya və Hersoqovina çempionatında mövsümün ikinci yarısı fevralın 23-ü başlayacaq.

Həmin kateqoriyadan