Elxan Məmmədov: Çempionlar liqasının finalı da Bakıda keçirilə bilər

AFFA-nın baş katibi Elxan Məmmədov gələcəkdə çempionlar liqasının final görüşünün Bakıda keçirilə biləcəyini deyib. Allsport.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu barədə məlumat verib:

“Gələcəkdə çempionlar liqasının finalı da Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur.

Futbol da ən böyük idman növüdür. Avropa liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar liqasının finalına niyə ev sahibliyi etməyək?”

Həmin kateqoriyadan