Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İstanbul şəhərində Türkiyə futbol federasiyasının rəhbərliyi ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, qarşı tərəfin prezidenti Nihad Özdəmir, 1-ci vitse-prezident Sərvət Yardımçı və baş katib Qədir Qardaşın iştirak etdiyi görüşdə, azərbaycanlı futbol adamı “Qarabağ”ın qitə liqasının qrup ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan millisinin millətlər liqasında ev oyunları üçün eyni təklifin verilməsinə görə, AFFA prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib.

Tərəflər qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə super liqasındakı təcrübə nəzərə alınaraq, Azərbaycan premyer liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Həmin kateqoriyadan