- Baxış sayı: 33
- 23 Aprel 2025 22:37
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda premyer liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:
“Qarabağ”la oyunda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;
“Səbail”lə matçda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;
“Zirə”nin qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün klub 800 manat cərimələnir;
Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə “Səbail” 800 manat cərimələnir;
“Sabah”la görüşdə “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.