- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0

“Zirə”nin qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər. Allsport.az “Vesti”yə istinadən xəbər verir ki, 26 yaşlı qapıçıya “Kaysar” klubu maraq göstərir.
Qızılordalılar mövsümün sonunda azad agent statusu daşıyacaq qolkiperi rənglərinə bağlamaq istəyir. Balayevin növbəti mövsüm Avropa Liqasında çıxış edəcək kluba keçmək ehtimalı var.
Millimizin üzvü qış fasiləsində Qazaxıstanın “Tobol” klubundan ayrılaraq, “Zirə”yə keçib.