- Baxış sayı: 39
- 06 May 2026 11:02
- Baxış sayı: 15
- May 05, 2026
- 0
Almaniyanın “Ayntraxt” klubu qapıçı Timo Hildebrandla yollarını ayırıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Emil Balayevin də çıxış etdiyi komandanın belə seçim etməsinə səbəb Kevin Trappla Feliks Vidvaldın zədəsini sağaldaraq sıraya dönməsidir.
Məşqçilər korpusu üçüncü qapıçı kimi məhz Balayevi görürlər. Bu üzdən də 35 yaşlı Hildebrandın göndərilməsinə qərar verilib.
Veteran qapıçının bundan sonra karyerasını başa vuracağı və ya davam etdirəcəyi bilinmir.