“Erkən buraxılan qollar ruh düşkünlüyü yaratdı”

“Neftçi” premyer liqanın 9-cu turunda evdə “Qarabağ”a 0:6 yenilib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov rüsvayçı nəticəyə belə aydınlıq gətirib:

“Oyuna ciddi hazırlaşmışdıq. Sadəcə, erkən qollar buraxdıq və bu ruh düşkünlüyü yaratdı. Belədə, futbolçular bütün sistemdən çıxdılar. Oyuna baxıb təhlil edəcəyik. Sonra səhvlər barədə düşünəcəyik.

Mövsümün yarıdan çoxu qarşıdadır. Hər şey ola bilər. Düşünmürəm ki, çempionluqdan qopduq. Sadəcə, ağır məğlubiyyət aldıq. Çalışacağıq ki, komandanı toparlayaq”.

Həmin kateqoriyadan