Essyen: “Dostlarım Bakının harada yerləşdiyini bilmirdi”

“Səbail”in futbolçusu Maykl Essyen  “Match TV” kanalına Bakı ilə bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, 37 yaşlı qanalı ulduz Azərbaycan mətbəxinin dadlı olduğunu deyib:

“Dostlarıma Bakı haqda danışanda, onlar bu şəhərin harda olduğunu bilmirdilər. Qohumlarım yanımda olanda, burdan xoşları gəlir. Bakıda tıxac yoxdur.

Bunula bağlı bir müqayisə etməliyəm. Bir neçə il İndoneziyada oynamışam, orada tıxac 20 dəfə daha pisdir. Azərbaycanın mətbəxi çox ləzzətlidir, amma yüksək kalorilidir”.

Həmin kateqoriyadan