Evdə 20-ci heç-heçə, İsmayıl Fofana 54-cü oldu

“Zirə” tarixində 20-ci ev heç-heçəsinə imza atıb. Allsport.az xəbər verir ki, bu yubiley bərabərliyi premyer liqanın 19-cu turunun “Qəbələ” ilə matçına təsadüf edib. 1:1 hesablı “sülh” klub tarixinin 78-ci ev qarşılaşmasındakı 20-ci heç-heçə kimi yadda qalıb. Bunlardan 16-sı ölkə çempionatı, 3-ü 1-ci divizion, 1-i Avropa liqasına təsadüf edib.

Zirə idman kompleksində keçirilən oyunda meydan sahiblərinin qoluna imza atan İsmayıl Fofana “qartallar”ın heyətində ilk dəfə fərqlənib. Qol hesabını açan afrikalı legioner “Zirə”nin tarixinə rəqib qapısına yol tapan 54-cü oyunçu kimi daxil olub. O, bunu premyer liqada bacaran 32-ci futbolçudur.

Həmin kateqoriyadan