Evdə 400-cü

“Neftçi” ölkə çempionatlarında 400-cü ev oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yubiley matçı premyer liqanın 13-cü turuna təsadüf edib. “Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

Bu, Samir Abbasovun komandasının öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Neftçi”n evdə 400 oyun keçirən ilk komanda olub.

Bayraqdar ölkə çempionatlarında ilk ev oyununu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”inə qarşı keçirib. Həmin oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb.

Həmin kateqoriyadan